Keçid linkləri

2025, 11 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:38
Üçtərəfli bəyannamənin imzalanması.
Üçtərəfli bəyannamənin imzalanması.

Canlı Vaşinqtonda "Tramp marşrutu" razılaşması imzalandı

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini paraflayıblar. Avqustun 8-də Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Ağ evdə sülh sammiti

Avqustun 8-də Vaşinqtonda

İ.Əliyev, D.Tramp və N.Paşinyanın görüşünə dair Birgə Bəyannamə,

Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu,

Ermənistan və ABŞ arasında "Sülh yolayrıcı" layihəsinin potensialının inkişafı, süni intellekt və yarımkeçiricilər, habelə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq haqqında üç anlaşma memorandumu

imzalanıb.

Prezident İ.Əliyev deyib ki, tərəflər uzun müddət aparılan danışıqlardan sonra sülh sazişini paraflayıblar: "Bu sənədin dünyanın bir nömrəli superdövlətinin paytaxtında, dünyanın bir nömrəli ofisində və Amerika Birləşmiş Ştatlarının böyük prezidentinin iştirakı ilə paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır. Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik".

Paşinyan çıxışında deyib ki, prezident Tramp Nobel Sülh Mükafatına layiqdir, onun namizədliyini müdafiə edəcəklər.

Prezident Əliyev də bu təklifi dəstəkləyib: "Əgər Tramp layiq deyilsə, bəs kim layiqdir Sülh Mükafatına?!".

Davamı

XS
SM
MD
LG